Ronaldinyo və qardaşı sərbəst buraxıldı

ESTAFET/ Ötən günlərdə Braziliya millisinin keçmiş futbolçusu Ronaldinyo Paraqvayda saxlanılmışdı. Xarici mətbuatın məlumatına görə, sabiq yarımmüdafiəçi və qardaşı saxta pasport istifadə etməkdə ittiham olunurdu.

Paraqvay prokurorluğu Ronaldinyo və qardaşının günahsız olduğu və onların saxta pasportdan məlumatlarının olmadığı qənaətinə gəlib. İfadələrində də aldadıldıqlarını bildirən Ronaldinyo və qardaşı sərbəst buraxılıb.

Ronaldinyo peşəkar futbolçu karyerasını 2018-ci ildə bitirib. 2003-2008-ci illərdə “Barselona”da çıxış etmiş “sambaçı”, 97 dəfə də Braziliya millisinin uğurları üçün çalışıb. Borc üzündən Braziliya höküməti onun ölkədən çıxışını məhdudlaşdırıb. 

Müəllif: Natiq NƏSİROV