Azərbaycan millisinin Dünya Çempionatına gedən yolda yeni rəqibi bəlli oldu!

Azərbaycan milli komandasının DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsindəki daha bir rəqibi müəyyənləşib.

Azərbaycan, Ukrayna və İslandiya komandalarının yer aldığı D qrupunun son iştirakçısı Fransa seçməsi olub. Fransa yığması UEFA Millətlər Liqasının 1/4 final mərhələsində Xorvatiyanı üstələməklə buna nail olub. Komandalar arasında baş tutan hər iki matçı meydan sahibi olan tərəf 2:0 hesabı ilə üstün tamamlayıb. Parisdəki cavab qarşılaşmasının penaltilər seriyasında 5:4 hesablı qələbə qazanan Fransa yığması cütün qalibi olub.

Millimizin yer aldığı qrupun təqvimi ilə sizi tanış edirik:

5 sentyabr 2025

22:45. İslandiya – Azərbaycan

22:45. Ukrayna – Fransa

9 sentyabr

20:00. Azərbaycan – Ukrayna

22:45. Fransa – İslandiya

10 oktyabr

22:45. Fransa – Azərbaycan

22:45. İslandiya – Ukrayna

13 oktyabr

22:45. İslandiya – Fransa

22:45. Ukrayna – Azərbaycan

13 noyabr

21:00. Azərbaycan – İslandiya

23:45. Fransa – Ukrayna

16 noyabr

21:00. Azərbaycan – Fransa

21:00. Ukrayna - İslandiya

Qeyd: Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

Müəllif: Bəhruz MƏMMƏDOV