Qitə çempionatının vaxtı dəyişdirilib

ESTAFET/ Cari ilin 18-29 may tarixlərində Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirilməsi nəzərdə tutulan şahmat üzrə Avropa çempionatının vaxtına dəyişiklik edilib. Bu haqda Avropa Şahmat İttifaqının Mətbuat Xidməti tərəfindən məlumat verilib. 

Qurumdan verilən açıqlamaya əsasən, koronavirus pandemiyası səbəbindən şahmat üzrə Avropa çempionatı 2020-ci ilin 8-21 dekabr tarixlərində keçiriləcək.

Müəllif: Natiq NƏSİROV