Avrokubokların bərpasıyla bağlı qərar açıqlandı

ESTAFET/ UEFA avrokubok matçlarının bərpası ilə bağlı qərarını açıqlayıb. Koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası və Avropa Liqasının oyunlarının bərpası ikinci xəbərdarlığa qədər qeyri-müəyyən müddətə görə təxirə salınıb.
Bununla bağlı qərar UEFA-nın bugünkü videokonfransında verilib. Avrokubokların bərpasını dəqiq tarixi yalnız vəziyyətin normallaşmasından sonra bəlli olacaq.
Qeyd edək ki, avrokubok görüşləri martın 13-dən dayandırılıb.
