“Barselona”nın futbolçularından böyük fədakarlıq

ESTAFET/ “Barselona”nın əsas komandasının futbolçuları məvaciblərinin 70 faizindən imtina ediblər. Bu barədə Kataloniya təmsilçisinin kapitanı Lionel Messi rəsmi “instagram” hesabında məlumat yayıb. 

O, kluba çətin anlarda kömək etmək üçün məvaciblərinin 70 faiz azaldılmasına razı olduqlarını bildirib.

Messi, eyni zamanda futbolçuların “Barselona”da çalışan işçilərə maddi yardım göstərəcəklərini də əlavə edib.

Müəllif: Natiq NƏSİROV