F1 YENİLİK ETMƏK İSTƏYİR
ESTAFET/ Formula 1 rəhbərliyi yürüş avtomobilləri ilə bağlı dəyişiklik etmək niyyətindədir. Belə ki, Çin Qran Prisindən sonra DRS (Drag Reduction System - Tənzimlənən arxa qanad) sistemində müəyyən dəyişikliklərə gediləcəyi açıqlanır. Bolidlərin sıxılma gücünün yüksəlməsi bu mövsüm ötmələri çətinləşdirə biləcəyi ehtimalı Beynəlxalq Avtoidman Federasiyasını (FIA) DRS sistemində mümkün dəyişikliklər edilməsini gözdən keçirməyə vadar edir.
Hazırkı məqmda avtomobillərin aerodinamik yeniliklərinin DRS sisteminə hansı formada təsirini müşahidə etmək qərara alınıb. Buna görə də, Avstraliya və Çin Qran-Priləri dəyişikliklərsiz həyata keçiriləcək. Yalnız bundan sonra yekun qərarların qəbul edilməsi gözlənilir.
"Aeordinamika yönündən avtomobillər çox dəyişib, onların istehsalı artıb, daha sürətli və aqressiv olublar. DRS-in effekti aşağı düşüb. Buna görə də FIA dəyişikliklərə gedəcək" - deyə "Mercedes"in mühəndislər qrupunun direktoru Aldo Kosta bildirib.