FETTEL ÖZ FERRARİSİNƏ AD QOYDU
ESTAFET/ Formula 1 komandası olan "Ferrari"nin alman pilotu Sebstyan Fettel öz yeni bolidinə ad qoyub. Fettel Ferrari SF70-H modeli olan avtomobilini "Cina" adlandırıb. Bu haqda pilot öz şəxsi Twitter səhifəsində məlumat verib.
Bununla da Fettel özünün hər mövsüm yeni avtomobilinə ad vermək ənənəsini davam etdirib. Belə ki, pilot 2016-cı ildə o öz avtomobilini Marqarita (Ferrari SF16-H), 2015-ci ildə isə Yeva (Ferrari SF15-T) adlandırmışdı.
O, həmçinin Formula 1-də müxtəlif komandalarda iştirakı zamanı istifadə etdiyi maşınlara verdiyi adları təqdim edərək, hansının daha sevimli olduğu haqda sorğu keçirib.
Onun istifadə etdiyi modellər və adlar isə aşağıdakı kimidi.
Tor Rosso STR3 (2008) - Culiya
Red Bull Racing RB5 (2009) - Keyt, Keytin çirkli bacısı
Red Bull Racing RB6 (2010) - Şirin Liz, Mendi
Red Bull Racing RB7 (2011) - Ehtiraslı Kayli
Red Bull Racing RB8 (2012) - Ebbi
Red Bull Racing RB9 (2013) - Ac Xaydi
Red Bull Racing RB10 (2014) - Syuzi
Ferrari SF15-T (2015) - Yeva
Ferrari SF16-H (2016) - Marqarita
Ferrari SF70-H (2017) - Cina