"Mənim üçün əsas amil etibardır": Noyer

ESTAFET/ Manuel Noyer hələ də “Bavariya” ilə yeni müqavilə məsələsində razılıq əldə edə bilməyib. Noyer danışıqların gedişi ilə bağlı məlumat verib.
O, “Bavariya” rəhbərliyindən narazı olduğunu gizlətməyib: “Əvvəllər klubla apardığım bütün söhbətlər həmişə məxfi olub. Heç bir şey sızmırdı. Ancaq indi mediada davamlı müzakirələr gedir, tez-tez yalan məlumatlar yayılır. Bu da məni əsəbiləşdirir. Mən belə “Bavariya”ya öyrəşməmişəm.
Nə qədər ki, formadayam, oynamaq istəyirəm. Ancaq mənim üçün əsas amil etibardır. Mənə aydındır ki, 5 illik müqavilə tələb etməyim utopiyadır. Çünki 34 yaşım var və 39 yaşda belə formada olacağımı iddia edə bilmərəm.
Kluba, oyunçu və kapitan kimi sədaqət göstərdiyim üçün rəhbər şəxslərdən də bunu gözləməyim anlaşılan olmalıdır”.
