OYUNLARA 50 GÜN QALDI
ESTAFET/ Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Açılış Mərasiminə 50 gün qalmasını qeyd etmək məqsədilə bu gün, Bakı Bulvarında Grassroots Proqramı çərçivəsində möhtəşəm tədbir keçirilib.
Bakı 2017 Islam Həmrəyliyi Oyunları, Grassroots Proqramı çərçivəsində həyata keçirilən tədbirdə oyunların İdmançı səfirləri Rəsul Cunayev, Kamran Şahsuvarlı, Leyla Cavadova, Aynur Rzayeva və Ulduz Səfirləri Hacı Nuran Hüseynov, Tünzalə Ağayeva, Rəfael İsgəndərov və Coşqun Rəhimov, eləcə də Bakı 2017 Maskotları olan İncə və Cəsur iştirak etmişdilər.
Tədbir “sağlam həyat” mesajını verərək, idmançı səfirlərin iştirakı ilə açıq hava altında idman sessiyası ilə başlayıb. İlk dəfə tətbiq edilən bu ideya iştirakçılar tərəfindən də maraqla qarşılanıb.
Tədbirdə ulduz səfir, müğənni Tünzalə Ağayeva könüllülərlə bir yerdə “Könüllülərin himnini“ səsləndirdi.
İdmançı Səfir Rəsul Çunayev - “Grassroots proqramı çərçivəsində gənclərin idmana cəlbi məqsədi ilə həyata keçirilən layihələrdə məmnuniyyətlə iştirak edirəm. Artıq oyunlara az vaxt qalıb və biz hamımız hazır olmalıyıq” deyə bildirib.