Premyer Liqa ilə bağlı yeni plan
ESTAFET/ Koronavirus pandemiyası səbəbiylə dayandırılan İngiltərə Premyer Liqası ilə bağlı daha bir iddia ortaya atılıb. “Sky Sports” xəbər verir ki, Premyer Liqa klubları çempionatın tamamlanmasını istəyir.
Liqa rəhbərliyinin və klubların iştirakı ilə keçirilən video-konfransda mövsümün davam etdirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Hazırkı planlara görə, çempionat 8 iyundan tez bərpa olunmayacaq. Liqanın qalan oyunlarının 5 həftə ərzində keçirilməsi planlaşdırılır.
Eyni zamanda, hökumət oyunların keçirilməsinin təhlükəsiz olduğunu açıqlayanadək çempionatın bərpa olunmayacağı bildirilib. (sport24.az)