Gənc taekvondoçular təlim-məşq toplanışına başlayıblar
ESTAFET/ Azərbaycanın gənclərdən ibarət taekvondo millisi ilin ilk təlim-məşq toplanışına başlayıb.
Hazırlıq prosesi Bakıda təşkil olunur.
Gənclərdən ibarət millinin baş məşqçisi Rəşad Məmmədov, yığmanın məşqçiləri Ayxan Tağızadə və Fəridə Əzizovanın rəhbərliyi altında keçirilən məşqlərdə əsas diqqət taktiki-texniki hazırlığa yönəlib.