SƏRBƏST GÜLƏŞÇİLƏR ÇEMPİONATI 2 QIZIL VƏ 3 BÜRÜNCLƏ BAŞA VURDULAR

ESTAFET/ Xəbər verdiyimiz kimi Macarıstanın Szombatheli şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Bu gün yarışlarda ikinci gün idi və sərbəst güləşçilərin mübarizəsi yekunlaşır. 

 

İkinci gün də döşək üzərinə çıxan təmsilçilərimizin çıxışı uğurlu alınıb. Belə ki, güləşçilərimiz 1 qızıl və 2 bürünc medal qazaniblar.

 

61 kq
1/8 final: Əli Rəhimzadə - Niko Antonio Zarkoni (GER) 5:3

1/4 final: Əli Rəhimzadə - Hüseyn Şabanov (BLR) 5:0

1/2 final: Əli Rəhimzadə - Hacımurad Rəşidov (RUS) 2:4

Bürünc medal görüşü: Əli Rəhimzadə - Rendi Vok (SUI) 13:2

 

70 kq

1/8 final: Hacımurad Ömərov - Mirza Sxulukia (GEO) 12:1

1/4 final: Hacımurad Ömərov - Toma Vaskan (MDA) 10:0

1/2 final: Hacımurad Ömərov - Surxo Raşitxanov (BLR) 5:0 tuşe

FİNAL: Hacımurad Ömərov - Zaurbek Sidakov (RUS) 1*:1

 

86 kq
1/8 final: Kənan Əliyev - Abdulla Ömərov (BEL) 5:2

1/4 final: Kənan Əliyev - Aron Kaneva (ITA) 8:0

1/2 final: Kənan Əliyev - Bendeguz Toth (HUN) 6:8

Bürünc medal görüşü: Kənan Əliyev - Andrey Karpaç (BLR)

 

125 kq
1/8 final: Umar İsrailov - Danilo Kartaviy (UKR) 6:14

 

Çempionatın ilk günündə isə güləşçilərimizdən Teymur Məmmədov (65) qızıl, İsmayıl Abdullayev (74 kq) isə bürünc medal qazanmışdılar.