BAKU-2017 KÖNÜLLÜLƏRİNİN HİMNİ - VİDEO

ESTAFET/ Bakı 2017 Oyunlarının könüllüləri və Oyunların ulduz səfiri Tünzalə Ağayeva birgə “Salam, Bakı – Könüllülərin himni”ni ifa ediblər. “Salam, Bakı – Könüllülərin Himni” sözləri Bakı 2017 Oyunlarının Əməliyyat Komitəsinin direktoru Elçin Səfərov və musiqisi Ulduz səfir Tünzalə Ağayeva tərəfindən yazılmış və könüllülərə həsr olunmuş ilk mahnıdır. Himndə pop janrından istifadə olunsa da, milli musiqi alətlərimiz olan tar, qaval, zərb alətlərinin də ifası var.

 

Himn Tünzalə Ağayeva tərəfindən müxtəlif seçim proseslərindən keçərək seçilmiş istedadlı könüllülərlə birlikdə oxunub. Eyni zamanda, “Salam, Bakı - Könüllülərin Himni”nin ifasında Tünzalə Ağayevaya könüllülərlə yanaşı, “Azərbaycanın səsi” yarışmasında fərqlənən ifaçılar da kömək edib.