Dünya çempionatı təxirə salındı

ESTAFET/ Yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə dünya çempionatı təxirə salınıb. Bu barədə qərarı Beynəlxalq Şahmat Federasiyası (FIDE) verib.
Qurum koronavirus pandemiyası üzündən sentyabrın 7-20-də keçirilməli olan yarışı qeyri-müəyyən müddətə təxirə salınıb. Rumıniyanın Mamay şəhərindəki yarışın yeni tarixi sonradan müəyyənləşəcək. Bu, yarışın startına ən azı 4 ay qalmış gerçəkləşməlidir.
Yeniyetmələrin dünya çempionatı 8, 10, 12, 14, 16 və 18 yaşadək şahmatçılar arasında keçirilir. Yarış indiki adını 1997-ci ildə alıb. Azərbaycan idmançıları da daim qatıldıqları mötəbər yarışda dəfələrlə mükafatçılar sırasına düşüb.
