Azərbaycan təmsilçilərinin qatılacağı DÇ-nin yeri dəqiqləşdi

ESTAFET/ Azərbaycan idmançılarının daimi iştirakçısına çevrildiyi fiqurlu konkisürmə üzrə dünya və Avropa çempionatlarının keçiriləcəyi yer bəlli olub. Beynəlxalq Konkisürmə Federasiyası (ISU) dünya çempionatının İsveçin paytaxtı Stokholmda keçiriləcəyini təsdiqləyib.

2021-ci ildəki çempionat martın 22-28-də baş tutacaq. Avropa çempionatı isə yanvarın 25-31-də təşkil olunacaq. Turnirə Xorvatiya Zaqrebi ev sahibliyi edəcək. Gənclərin dünya çempionatı martın 1-7-də Çinin Harbin şəhərində baş tutacaq.

Qeyd edək ki, 2020-ci ildə Kanadanın Monreal şəhərində keçirilməli olan mundialın təşkilinə koronavirus pandemiyası imkan verməyib.

Müəllif: Bəhruz MƏMMƏDOV