Peres Zidanın istəyini qəbul etmədi

ESTAFET/ "Real"ın baş məşqçisi Zinəddin Zidan "Liverpul"un hücumçusu Sadio Manenin transfer olunmasını istəyib. Fransalı mütəxəssis bununla bağlı rəhbərliyə müraciət edib.

Lakin "kral klubu"nun rəhbərliyi onun arzusunu qəbul etməyib. Klub prezidenti Florentino Peres gənc Vinisyus Juniora çox vaxt verilməsi və inkişaf etdirilməsi üçün Manenin keçidinə razı olmayıb. Eyni zamanda, koronavirus pandemiyasının yaratdığı maliyyə problemi səbəbindən ispanların Maneyə görə 150 milyon avro ödəmək fikri yoxdur.

Müəllif: Orxan NOVRUZOV