Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
“Lokomotiv”in daha 4 futbolçusu koronavirusa yoluxdu -
“Lokomotiv”in daha 4 futbolçusu koronavirusa yoluxdu

ESTAFET/ Bolqarıstanın “Lokomotiv” klubunda koronavirusa yoluxan futbolçuların sayı artıb. Plovdiv təmsilçisinin bu gün daha 4 futbolçusunda koronavirus aşkarlanıb. Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.

Bundan əvvəl “Lokomotiv”in 5 futbolçusu koronavirusa yoluxmuşdu. Virusa kütləvi yoluxma Plovdiv təmsilçisinin ölkə kubokunun final matçı çərçivəsində ÇSKA-nı məğlub etdiyi oyundan sonra keçirilən çempionluq tədbiri zamanı qeydə alınmışdı.

Müəllif: Məsim MƏSİMZADƏ