Portuqaliya Qran-Prisi tamaşaçılarla keçiriləcək - Formula 1
ESTAFET/ Formula 1 üzrə dünya çempionatının mərhələlərindən biri olan Portuqaliya Qran-Prisi tamaşaçılarla keçiriləcək. Bunu ölkənin turizm naziri Rita Markes açıqlayıb.
O bildirib ki, tamaşaçı sayı koronavirus pandemiyası ilə bağlı durumdan asılı olacaq: “Azarkeşlər olacaq. Biz virusdan asılı olaraq az və ya çox tamaşaçı üçün nəzərdə tutulan ssenarilər üzərində çalışırıq”.
Qeyd edək ki, Portuqaliya Qran-Prisi oktyabrın 23-25-də baş tutacaq.