Perdo "Çelsi"dən gedəcəyini açıqladı
ESTAFET/ İngiltərənin “Çelsi” klubunun futbolçusu Pedro komandanı tərk edəcəyini açıqlayıb. İspaniyalı yarımmüdafiəçi Premyer Liqanın son turunun “Vulverhempton”la qarşılaşmanın (2:0) sonuncu ev matçı olduğunu bəyan edib.
Pedro sosial şəbəkə paylaşımında bildirib ki, “Stemford Bric”də son oyununu keçirib: “Stemford Bric”də son oyunum. Bütün azarkeşlərə təşəkkür edirəm. İndi İngiltərə kuboku üçün mübarizə aparacağıq”.
Qeyd edək ki, 2015-ci ildən “Çelsi”də oynayan 32 yaşlı futbolçunun “Roma”ya keçəcəyi gözlənilir.