YERLİ JURNALİSTLƏR ÜÇÜN NÖVBƏTİ TƏLİM
ESTAFET/ Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) aprelin 21-i və 23-də Avropa Oyunları Parkında yerləşən Bakı Marşal Mərkəzində yerli media nümayəndələri üçün “Formula 1 yarışının ümumi qaydaları ilə nəzəri və praktiki tanışlıq” mövzusunda ikigünlük təlim keçirəcək.
Təlimin ilk günündə iştirakçılar Formula 1 Dünya Çempionatının keçirilmə qaydaları, yarışın idarəolunması və ona nəzarətedici heyətin, o cümlədən marşalların əsas vəzifələri və həmçinin yarışla əlaqədar digər zəruri məqamlar haqqında nəzəri biliklər əldə edəcəklər.
Təlimin ikinci günündə isə BŞH-nin tərkib hissəsində fəaliyyət göstərən Bakı Marşal Klubunun nümayəndələrinin iştirakı ilə Avropa Oyunları Parkında yerləşən təlim trekində Formula 1 Qran Pri yarışı simulyasiya olunacaq. Burada iştirak edən jurnalistlər yarışın idarəolunması və ona nəzarətlə əlaqədar praktiki biliklərə yiyələnəcək və yarış qaydalarının necə tətbiq olunduğunu əyani şəkildə müşahidə edə biləcəklər.
Təlimə qeydiyyatdan keçmək istəyən media nümayəndələri bu keçidə daxil olaraq müvafiq formanı doldurub təsdiqləməlidirlər.