1/8 finalın son oyunları - Avropa Liqası
ESTAFET/ Bu gün Avropa Liqasında 1/8 final mərhələsi başa çatacaq. Koronavirus pandemiyası ilə bağlı fasilədən sonrakı ikinci oyun günündə 4 matç keçiriləcək.
Bunlardan üçü ilk oyunu martın 12-də baş tutan cütlərin cavab görüşüdür. Bir qarşılaşma isə tək oyundan ibarət cüt çərçivəsində keçiriləcək.
“Bayer” səfərdə məğlub etdiyi “Reyncers”lə görüşəcək. Bu cütün qalibi “İnter”lə qarşılaşacaq.
“Bazel” ilk oyunda darmadağınla udduğu “Ayntraxt”ı qəbul edəcək. Bu dueldə mərhələ adlayan “Şaxtyor”la üz-üzə gələcək.
“Vulverhempton” öz meydanında “Olimpiaskos”u sınağa çəkəcək. İlk qarşılaşması sülhlə bitən duelin qalibi “Roma” və “Sevilya”nın matçında bilinəcək. “Böyük beşlik” təmsilçiləri tək oyunda 1/4 finalçını müəyyənləşdirəcək.
Qeyd edək ki, 1/4 final oyunları avqustun 10-11-də baş tutacaq.
Avropa Liqası
1/8 final, Cavab oyunları
6 avqust 2020
20:55. “Bayer” (Almaniya) - “Reyncers” (Şotlandiya)
Baş hakim: Danni Makkelle (Niderland)
Leverkuzen. “Bayer Arena)
İlk oyun – 3:1
23:00. “Bazel” (İsveçrə) - “Ayntraxt” (Almaniya)
Baş hakim: Antonio Migel Mateu Lahoz (İspaniya)
Bazel. “Sent Yakob Park”
İlk oyun – 3:0
23:00. “Vulverhempton” (İngiltərə) - “Olimpiakos” (Yunanıstan)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Vulverhempton. “Molinyo” stadionu
İlk oyun – 1:1
Tək oyunlu cüt
20:55. "Sevilya" (İspaniya) - "Roma" (İtaliya)
Baş hakim: Byorn Kuypers (Niderland)
Duysburq. MSV Arena