Xanlar Qurbanov vəfat etdi
ESTAFET/ Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti, Beynəlxalq Zorxana Konfederasiyasının I vitse-prezidenti professor Xanlar Qurbanov 70 yaşında dünyasını dəyişib.
Sərbəst güləş üzrə müxtəlif beynəlxalq turnirlərin mükafatçısı, SSRİ idman ustası, Ümumittifaq dərəcəli hakim, əməkdar məşqçi olan Xanlar müəllim 1990-cı ildən Azərbaycan Milli İdman Növləri Assosiasiyasının prezidenti vəzifəsində çalışırdı. Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, "Tərəqqi" medallı X.Qurbanov idmanda göstərdiyi xidmətlərə görə FILA-nın elmi komissiyasının üzvü seçilmişdi.
Allah rəhmət eləsin.