Bütün futbolçular hər oyundan əvvəl koronavirus testindən keçəcək

ESTAFET/ Braziliya çempionatında iştirak edən klubların bütün futbolçuları oyunlardan əvvəl koronavirus testindən keçəcək. Bu barədə Braziliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Klublar hər turdan əvvəl oyunun başlamasına 72 saat qalmış futbolçularını koronavirus testindən keçirməlidirlər. Ev sahibi komandalar test nəticələrini matçların başlamasına 24 saat qalmış, səfər komandaları isə 12 saat qalmış turnirin təşkilatçılarına göndərməlidirlər.

Braziliya A Seriyasında yeni mövsüm avqustun 9-dan başlayıb. (sport24.az)

Müəllif: Məsim MƏSİMZADƏ