İngiltərədə qış fasiləsi olmayacaq

ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasının 2020/21 mövsümünün təqvim layihəsi təqdim edilib. Premyer Liqanın rəsmi saytında verilən məlumata görə, mövsümə sentyabrın 12-də start veriləcək.

Son turun qarşılaşmaları isə gələn il mayın 23-də baş tutacaq. 380 matçdan ibarət olan mövsümün cədvəli 21 avqustdan gec olmayaraq dərc ediləcək. Koronavirus pandemiyası səbəbindən yaranmış təqvim sıxlığını nəzərə alan təşkilatçılar qış fasiləsinə ehtiyac duymayıblar. Komandalar yalnız gələn ilin fevralında 2 həftəlik istirahət edə biləcəklər.

Ümumilikdə mövsümün təqvimində standart cədvəllə müqayisədə 5 həftəlik sıxılma olacaq. Bu da 2019/20 mövsümünün gec başa çatması ilə əlaqədardır.

Müəllif: Natiq NƏSİROV