Avroliqada yenə ən güclü “Sevilya” oldu

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasında 2019/20 mövsümünə yekun vurulub. Bu gün turnirin final oyunu keçirilib. Həlledici qarşılaşmada İspaniya təmsilçisi “Sevilya” ilə İtaliya “İnter”i üz-üzə gəlib.

Niderlandlı Denni Makkelienin idarə etdiyi matç "Sevilya"nın 6-cı Avropa Liqası finalı olub. Bu komanda əvvəlki 5 finalda olduğu kimi, yenə kuboku muzeyinə aparmaq niyyətindəydi.

Sonuncu dəfə 1998-ci ildə ikinci dərəcəli klub turnirinin qalibi olan “İnter” isə 22 illik fasilədən sonra meydana çıxdığı 5-ci həlledici görüşdə 4-cü titulunu qazanmağı hədəfləmişdi. Amma beş qolun qeydə alındığı matçda yenə sevinən tərəf "Sevilya" olub.

UEFA Avropa Liqası
Final

21 avqust 2020

“Sevilya” (İspaniya) – “İnter” (İtaliya) 3:2
Qollar: De Yonq 12, 33, D.Karlos 74 : Lukaku 5 (pen.), Qodin 36
Köln. “Reyn Enerji” stadionu

Müəllif: Natiq NƏSİROV