Millimizin potensial rəqibləri dəqiqləşdi
ESTAFET/ FIDE-nin təşkil etdiyi sürətli şahmat üzrə Onlayn Olimpiadada mərhələ adlayan ölkələrin adları dəqiqləşib. Top Divizionda komandaların 4 qrupda mübarizəsi yekunlaşdıqdan sonra Azərbaycan yığmasının da potensial rəqibləri bəlli olub.
B qrupundan 1-ci yerlə birbaşa 1/4 finala yüksələn komandamız Bolqarıstan - Polşa cütünün qalibi ilə üz-üzə gələcək. C qrupunun ikincisi ilə D qrupunun üçüncüsü avqustun 27-də münasibətinə aydınlıq gətirəcək. Bu qarşılaşmanın ertəsi günü isə 1/4 final mərhələsi keçiriləcək.
Azərbaycan şahmatçıları kimi, Hindistan, Rusiya və ABŞ milliləri də qrup mərhələsini lider kimi bitiriblər. Onlar 1/4 finala yüksəldiyi halda, Çin, Almaniya, Macarıstan Ukrayna, Bolqarıstan, Ermənistan, Yunanıstan və Polşa 1/8 finalda oynayacaqlar.