Nigeriyalı hücumçu Bakı səfəri öncəsi “Qızıl buts” aldı

ESTAFET/ “Keşlə”nin futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi “Laçi”nin hücumçusu Kirian Nuabueze “Qızıl buts” mükafatına layiq görülüb. Nigeriyalı forvard bunu 2019/20 mövsümündə Albaniya çempionatının bombardiri olmaqla qazanıb.

24 qolla mövsümün ən məhsuldar oyunçusu olan 28 yaşlı futbolçuya mükafatı Albaniya Futbol Assosiasiyasının inzibati binasında baş katib İlir Şulku təqdim edib. Bununla bağlı təəssüratlarını bölüşən Nuazebe mükafatı vəfat etmiş qardaşına həsr etdiyini bildirib.

Qeyd edək ki, “Laçi” avqustun 27-də Bakıda “Keşlə”nin qonağı olacaq. “ASK Arena”da keçiriləcək oyun saat 21:00-da başlayacaq. (apasport.az)

Müəllif: Məsim MƏSİMZADƏ