“Keşlə”dən 50-ci bərabərlik
ESTAFET/ “Keşlə”nin “Laçi” ilə heç-heçəsi Azərbaycan klublarının Avropa Liqasında yubiley sülhü olub. "ASK Arena”dakı qolsuz oyun təmsilçilərimizin 2009-cu ildən indiki ad və formatda təşkil olunan turnirdə 50-ci bərabərliyidir.
Klublarımız UEFA kuboku adlandığı dövrü saymasaq, bu yarışda cari mövsümədək 192 oyunda 49 heç-heçə etmişdi. “Keşlə”nin sülhü ilə bu göstəricidə 100-ü yarılayıb.
Ümumiyyətlə, dünənki oyunlardan sonra Avropa Liqasında keçirilən matç sayı 195-ə çatıb. 64 qələbəsi olan klublarımız 81 dəfə uduzub.
Qeyd edək ki, 50 heç-heçədən üçü elə bu rəqiblərin duellərində qeydə alınıb. 2015/16 mövsümündə “İnter” adlanan Bakı təmsilçisi səfər qolu ilə (1:1, 0:0), bu dəfə isə (0:0) albaniyalılar penaltilərlə (5:4) tur adlayıb.