İSLAMİADANI AZƏRBAYCANDA YAYIMLAYACAQ KANAL BƏLLİ OLDU

ESTAFET/ Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi 12-22 may tarixlərində Bakıda keçiriləcək Oyunların “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti (AzTV) tərəfindən yayımlanacağını elan etdi. Bu razılaşmaya görə, AzTV Oyunlarla əlaqədar yayım materialları üzrə aşağıdakı eksklüziv istifadə hüququna malik olacaq:

 

- Müvafiq olaraq 12 və 22 may tarixlərində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış və Bağlanış Mərasimlərinin canlı yayımlanması
- Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrinə həsr edilmiş bir saatlıq gündəlik proqram
- Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 qarşılaşmanın canlı yayımlanması
- Oyunlar haqqında iki saatlıq proqram