XƏZƏRDƏN BAŞLAYAN SƏYAHƏT AGCABƏDİDƏ

ESTAFET/ IV İslam Həmrəyliyi ilə əlaqədar Xəzər dənizində start götürən "Bakı 2017" ümumxalq səyahət turu Ağcabədi rayonuna çatıb.


Əlamətdar hadisə ilə əlaqədar Ağ göl parkında tədbir keçirilib. Su mərasimi rəqs həvəskarı Fatimə Şirinova, karate üzrə əməkdar məşqçi Eldəniz Qəmbərov, dünya çempionatının gümüş və bürünc medal mükafatçısı Adəm Məmmədov tərəfindən göldən səhəngə su doldurulması ilə başlanılıb. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib. Ağ göl Azərbaycanın ikinci ən böyük gölü sayılır.

 

Qeyd edək ki, Xəzərdən başlayan səyahət 37 gün davam edəcək və mayın 12-də Bakıda açılış mərasimi ilə başa çatacaq. Ölkənin müxtəlif yerlərindən olan uşaqlar göl və çaylardan, şəlalə və bulaqlardan topladıqları Azərbaycanın saf suları ilə İslam dünyasının 50-dən artıq dövlətini Oyunlarda salamlayacaqlar.

 

Mənbə: Report