"Neftçi" – "Qalatasaray" oyununun hakimləri bilindi
ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Neftçi” - "Qalatasaray” matçının hakim təyinatları açıqlanıb. Oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Kevin Klensi olacaq. Ona Devid Makqişi və Qrimi Stüart kömək edəcəklər. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək. UEFA nümayəndəsi Svetlana Şkil (Ukrayna), hakim-inspektor isə Sokol Jaresi (Albaniya) olacaq.
Qeyd edək ki, senyabrın 17-si "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Qalatasaray” oyunu saat 20:00-da başlanacaq.