"Qalatasaray"da "Neftçi" ilə oyundan öncə ciddi itki
ESTAFET/ "Neftçi"nin futbol üzrə UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi Türkiyənin "Qalatasaray" klubu itki ilə üzləşib. "Milliyet"in xəbərinə görə, Mbaye Dianye zədələnib. 29 yaşlı senaqallı hücumçu qasıq nahiyyəsindən xəsarət alıb.
Forvard məşqdə ağrı hiss edib və hazırlıq prosesini yarımçıq tərk etməli olub. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı bəlli deyil.
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.