ALONSONUN MAŞINININ MÜHƏRRİKİNDƏ PROBLEM YARANIB
ESTAFET/ Formula 1 komandası Maklarenin pilotu Fernando Alonso bildirib ki, Bəhreyn Qran Prisinin əsas yürüşü üçün onun maşınında mühərrik dəyişdirləcək. Buna təsnifat yürüşü zamanı maşında olan Honda mühərrikinin sıradan çıxması səbəb olub.
"Mühərriklə bağlı problemimiz oldu. İkinci seqment zamanı o partladı. Yürüş üçün onu dəyişməliyik. Bunun üçün də ikinci dövrədə rəqabət apara bilmədik. Dövrə yaxşı alınmışdı, təsnifatın birinci seqmentinin vaxtını yarım saniyə qabaqlayırdıq və 12-13-cü sıranı götürmək mümkün idi. Ancaq təəssüf ki, mühərriki dəyişməliyik. Bu isə həmişə çətinliklə müşaiyət olunur. Yürüşün ilk dövrəsindən mübarizəyə qoşulmaq lazımdır. Fikirləşirəm ki, çətin yürüş olacaq" - deyə Alonso Crash nəşrinə bildirib.