Martines “Bavariya”dan gedir

ESTAFET/ Almaniyanın “Bavariya” klubunun ispaniyalı futbolçusu Xavi Martines komandasını dəyişə bilər. Yarımmüdafiəçi Səudiyyə Ərəbistanından təklif alıb.
Asiyalılar Marinesə 3 illik müqavilə təklif edir. Lakin futbolçu İspaniyaya qayıtmaq istəyir. “Bavariya” yarımmüdafiəçi üçün 6-8 milyon avro tələb edir. Bu keçidin indiki “transfer pəncərə”sində gerçəkləşəcəyi gözlənilir.
“Atletik” futbolçu ilə razılıq əldə edib. Bilbaolular Bundesliqa klubu ilə danışıqlar aparır.
