Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
"BOTTAS MƏNƏ RAHATLANMAĞA İMKAN VERMİR" - HEMİLTON
"BOTTAS MƏNƏ RAHATLANMAĞA İMKAN VERMİR" HEMİLTON

ESTAFET/ Formula 1 komandalarından "Mercedes"in piloti Lyuis Hemilton öz komanda yoldaşı Valtteri Bottasın Bəhreyn Qran-Prisinin təsnifat mərhələsindəki qələbəsini "Autosport"a şərh edib: "Valtteri mənə rahatlanmağa imkan vermir. O bu qələbəyə layiq idi. İlk poulu qazanmaq möhtəşəmdi. İnsan bunu uşaqlıqdan arzulayır. Sabah o artıq karyerasının ilk Qran-Prisini də qazana bilər. Bottas gözəl iş bacardı".

 

Qeyd edək ki, bu qələbə fin pilotun karyerasındakı ilk qələbəsidi. Bununla da, Bottas Formula 1 tarixində təsnifatda qələbə qazanan 5-ci Finlandiya təmsilçisi olub.