“Qarabağ” Əsasnaməni pozduğu üçün 1600 manat cərimələndi

ESTAFET/  Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Qurum Premyer Liqanın II turu çərçivəsində “Keşlə”nin qonağı olan “Qarabağ” cərimələnib.

Buna səbəb Ağdam klubunun AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək) yerinə yetirməməsi olub. Bu üzdən son çempion 800 manat cərimələnib.

Həmçinin “Qarabağ” stadiona təyin olunan vaxtdan gec gəldiyi üçün daha 800 manat cərimə olunub.

Müəllif: Orxan NOVRUZOV