Velosipedçimiz Türkiyədə 3-cü oldu

ESTAFET/ Azərbaycanın şose velosipedi üzrə Elit yığma komandasının üzvü, gələn il Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov Türkiyədə keçirilən 1.2 kateqoriyalı “Grand Prix Velo Erciyes” yarışında uğurla çıxış edib.
Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətinin məlumatına görə, “Bahrain Cycling Academy” kontinental komandasının heyətində mübarizə aparan Elçin birgünlük yarışda 3-cü nəticə göstərib.
Velosipedçimiz 176 km məsafəni 4 saat, 11 dəqiqə, 26 saniyəyə başa vurmaqla reytinqinə 25 xal da əlavə edib.
Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında bu yarışda iştirak edən Azərbaycan yığmasının digər üzvlərindən ən yaxşı nəticəyə Samir Cəbrayılov imza atıb – o 78 velosipedçi arasında 18-ci olub.
