Tyaqo “Bavariya”dan ayrıldı

ESTAFET/ Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Tyaqo Alkantara komandadan ayrılıb. Bu barədə ulduz futbolçu özü sosial şəbəkə vasitəsilə məlumat yayıb.
İspaniya millisinin üzvü vida mesajında “Bavariya”nın həmişə öz evi olacağını yazıb. O, klub rəhbərliyinə və azarkeşlərə minnətdarlığını bildirib. 29 yaşlı orta sahə oyunçusu tezliklə İngiltərə klubu “Liverpul”la müqavilə imzalayacaq. Bu keçid almanlara 30 milyon avro qazandırıb.
Qeyd edək ki, Tyaqo Alkantara 2013-cü ildən “Bavariya”da çıxış edib. (apasport.az)
