QADINLAR ARASINDA ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATI: VIII TUR

ESTAFET/ Birgünlük istirahətin ardından Riqada (Latviya) keçirilən qadınlar arasında şahmat üzrə 18-ci Avropa çempionatı bu gün 8-ci turun oyunları ilə davam edib. Sona 4 tur qalmış mübarizə gərgin xarakter alır. 34 şahmatçı 1 xallıq fərqlə çempionatın medalları uğrunda daha şanslı görünür.
Azərbaycan çempionatına 9 şahmatçı ilə təmsil olunur. Şahmatçılarımız burada Avropa çempionatının medalları ilə yanaşı növbəti Dünya çempionatı üçün vəsiqə uğrunda da mübarizə aparırlar.
Təmsilçilərimizin VIII turda qarşıladıqları rəqibləri və qeydə alınan nəticələri təqdim edirik.
| ŞAHMATÇI | ELO | Hesab | ELO | ŞAHMATÇI |
| Gülnar Məmmədova | 2357 | 0,5:0,5 | 2478 | Natalya Poqonina (RUS) |
| Ülviyyə Fətəliyeva | 2287 | 1:0 | 2456 | Lela Cavaxişvili (GEO) |
| Almira Skripçenko (FRA) | 2420 | 0:1 | 2322 | Zeynəb Məmmədyarova |
| Nastasiya Zazyulkina (BLR) | 2387 | 0,5:0,5 | 2241 | Xəyalə Abdulla |
| Türkan Məmmədyarova | 2267 | 0:1 | 2527 | Antoaneta Stefanova (ECF) |
| Nərmin Məmmədova | 2240 | 1:0 | 2378 | Anastasiya Savina (RUS) |
| Aqnes Likrastine (LAT) | 2223 | 0:1 | 2348 | Günay Məmmədzadə |
| Gövhər Beydullayeva | 2054 | 0,5:0,5 | 2240 | Anastasya Paramzina (RUS) |
| Corciya Qrapsa (GRE) | 2049 | 0:1 | 2196 | Xanım Balacayeva |
Geridə qalan 8 turdan sonra şahmatçılarımızın ümumi sıralamadı mövqeləri aşağıdakı kimidi.
14. Ülviyyə Fətəliyeva - 5,5 xal
21. Zeynəb Məmmədyarova - 5 xal
36. Gülnar Məmmədova - 5 xal
46. Xəyalə Abdulla - 4,5 xal
79. Günay Məmmədzadə - 4 xal
85. Nərmin Məmmədova - 4 xal
95. Türkan Məmmədyarova - 3,5 xal
99. Xanım Balacayeva - 3,5 xal
109. Gövhər Beydullayeva - 3 xal
Turnir cədvəlinə isə 6,5 xalla gürcü Nana Caqnidze və rus Aleksandra Qoryaçkina başçılıq edir.
