Millimizdə yeni məşqçi təyinatları

ESTAFET/ Azərbaycan Güləş Federasiyasında yeni təyinatlar baş tutub. Bu haqda federasiyanın prezidenti əvəzi Namiq Əliyev keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, Oyan Nəzəriani çimərlik güləşi üzrə, olimpiya çempionu Namiq Abdullayev isə sərbəst güləş üzrə milliyə baş məşqçi təyin olunub. Abdullayevdən əvvəl sərbəst güləş üzrə yığmaya rəhbərlik edən Zəlimxan Hüseynov böyük məşqçi, Arif Abdullayev isə məşqçi kimi fəaliyyət göstərəcəklər.
Qurumun prezident əvəzi yunan-Roma güləşinin çalışdırıcısı Aleksandr Tarakanovla isə yola davam edəcəklərini açıqlayıb.
