Premyer Liqada pandemiya təhlükəsi

ESTAFET/ Bu gün təqvimə uyğun olaraq futbol üzrə Azərbaycan Premyer Liqasında 9-cu tura start götürməli idi.
Çempionatın autsayderi “Sabah” “Zirə”ni qəbul edəcəkdi. Lakin görüş təxirə salınıb. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb. Rəsmi açıqlamada qeyd olunub:
“Azərbaycan Premyer Liqasının 9-cu turunun “Sabah” – “Zirə” oyunu bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi üçün bu gün baş tutmayacaq. Oyunun tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək”.
Qeyd edək ki, turun digər matçları noyabrın 7-8-də keçiriləcək. Sabah “Keşlə” “Qəbələ”ni, “Səbail” “Sumqayıt”ı, ertəsi gün “Neftçi” “Qarabağ”ı qəbul edəcək.
