Təmsilçimiz Moskvada 10-cu oldu

ESTAFET/ Rusiyanın paytaxtı Moskvada keçirilən fiqurlu konkisürmə üzrə Qran-Pri yarışında kişilərin mübarizəsinə yekun vurulub. İştirakçılar bu gün sərbəst proqramda çıxış edib.

Azərbaycan təmsilçisi Vladimir Litvintsev də buz üzərinə çıxıb. Onun çıxışı 158,28 xalla qiymətləndirilib.

İki çıxışın yekununda konkisürənimiz 239,78 xal toplayıb. Litvintsev bu göstərici ilə yalnız iki rəqibini qabaqlayaraq 12 iştirakçı arasında 10-cu olub. Yarışın qalibi adına rusiyalı Mixail Kolyada layiq görülüb – 281,89 xal.

Qeyd edək ki, Qran-Pridəki digər təmsilçimiz Yekaterina Ryabova bu gün sərbəst proqramda bacarığını göstərəcək. (apasport.az)

Müəllif: Bəhruz MƏMMƏDOV