Yığmamız 5 medalla Avropada 4-cü oldu

ESTAFET/ Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatına yekun vurulub. Azərbaycan yığması yarışı 4-cü pillədə başa vurub.
5 medal – 1 qızıl, 1 gümüş və 3 bürünc əldə edən cüdoçularımız yalınız Fransa, Rusiya və Gürcüstandan geri qalıb. Komandamızın heyətində Orxan Səfərov (66 kq) çempionluq sevinci yaşayıbsa, İrina Kindzerska (+78 kq) yalnız finalda uduzub. Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) üçüncülüklə kifayətlənib.
Ümumilikdə isə 21 ölkə Praqada medala yiyələnib. Onların yalnız səkkizi çempionluq yaşayıb.
