Koronavirus nüfuzlu turnirin keçirilməsini sual altına saldı
ESTAFET/ Koronavirus pandemiyası daha bir nüfuzlu idman yarışının keçirilməsini sual altında qoyub. “Böyük dəbilqə” seriyasına daxil olan tennis üzrə Avstraliya açıq çempionatı təxirə salına bilər.
Təşkilatçılar 2021-ci ilin yanvarına planlaşdırılan yarışı bir ay sonra keçirməyi nəzərdən keçirir. Buna səbəb ölkəyə giriş-çıxışa məhdudiyyətləri qoyulmasıdır.
Qeyd edək ki, öncədən idmançıların karantin dövrünü keçməsi məqsədilə dekabrdan Avstraliyaya gəlməsi nəzərdə tutulmuşdu. (apasport.az)