“Barselona” 2 müdafiəçisini itirdi

ESTAFET/ Futbol üzrə İspaniya La Liqasının X turunda “Atletiko” ilə qarşılaşan “Barselona” rəqibinə məğlub olmaqla yanaşı, iki futbolçusunu itirib.

Matçın gedişində müdafiəçilər Jerar Pike və Serxi Roberto zədələnib.

62-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalan Pikenin sağ dizində burxulma olub. Roberto isə sona qədər meydanda qalsa da, onun sağ ayaq əzələsindən zədə aldığı açıqlanıb. Hər iki futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, “Atletiko” – “Barselona” oyunu birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Müəllif: Natiq NƏSİROV