“Azan oldum dinmədim, bayraq oldum enmədim, şəhid oldum ölmədim!” - FOTO

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasında X tur davam edir. İkinci oyun gününün ilk matçında “Qəbələ” “Neftçi”ni qəbul edir.
Artıq ənənə halını alan qarşılaşmadan öncə torpaqlarımızı işğaldan azad edən ordumuza dəstək pankartı qaldırılıb. Komandalar üzərində “Azan oldum dinmədim, bayraq oldum enmədim, şəhid oldum ölmədim!” banneri ilə meydana çıxıblar. Görüşün startından əvvəl dövlət himni səslənib.
Qeyd edək ki, Qəbələ şəhər stadionundakı oyun 14:00-da başlayıb. (apasport.az)
