“Qarabağ”la oyun bizim üçün finala bərabərdir”: Rıza Çalımbay

ESTAFET/ “Qarabağ”la oyun bizim üçün finala bərabərdir”. Bunu Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Rıza Çalımbay Avropa Liqasının IV turunda “Qarabağ”la keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis matçın oynanılacağı “Başakşəhər Fatih Terim” stadionunun konfrans zalında fikrini bu sözlərlə davam etdirib: “Bu turnirdə yolumuza davam etmək istəyiriksə, “Qarabağ”la görüşdə qələbə qazanmalıyıq. Azərbaycan bizim üçün qardaş ölkədir. İstanbula 15 futbolçu ilə gəlmişik. Bu say, bəlkə də, sabah 14-ə enəcək”.

Müəllif: Orxan NOVRUZOV