TAEKVONDOÇULAR AFİNAYA BÖYÜK HEYƏTLƏ GEDİR

ESTAFET/ Yunanıstanın paytaxtdı Afina şəhərində “DTF Prezident Kuboku” beynəlxaq yarışı keçiriləcək. Azərbaycan Taekvondo federasiyasının məlumatına görə, 27 aprel tarixində startı veriləcək turnir dörd gün davam edəcək. Yeniyetmə, gənc və böyüklər arasındaki baş tutacaq bu mübarizədə 51 ölkədən 2182 taekvondoçu iştirak edəcək.

 

Turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olacaqlar.

 

Sayca ikinci olan G2 kateqoriyalı yarışda ölkəmizi 35 idmançı təmsil edəcək. Komandamızın heyətində yer alan taekvondoçuların siyahısını təqdim edirik:

 

Yeniyetmələrdən ibarət yığma komanda:

1. Nihad Əlizadə (33 kq)

2. Riyad Şirəliyev (37 kq)

3. İsmayıl İsmayılov (41 kq)

4. Pərviz İsgəndərov (45 kq)

5. Hüseyn Abdullazadə (49 kq)

6. Aysu Məmmədova (37 kq)

7. Ofeliya Allahverdiyeva (41 kq)

8. Aylin Eynullayeva (47 kq)

9. İlahə Quluzadə (59 kq)

 

 

Gənclərdən ibarət yığma komanda:

1. Xanoğlan Kərimov (45 kq)

2. Ayaz Qənbərli (51 kq)

3. Əbülfət Zülfüqarov (55 kq)

4. Qasım Aslanov (59 kq)

5. Cavad Ağayev (63 kq)

6. Niyaz Zülfüqarlı (63 kq)

7. Mirvari Qənbərli (42 kq)

8. Mehriban Məmmədova (44 kq)

 

 

Böyüklərdən ibarət yığma komanda:

1. Qaşım Maqomedov (54 kq)

2. Fizam Mehtiyev (58 kq)

3. Məmmədalı Quliyev (63 kq)

4. Məhəmməd Məmmədov (63 kq)

5. Sina Bahrami (68 kq)

6. Ayxan Tağızadə (68 kq)

7. Əliəsgər Əliyev (74 kq)

8. Səid Quliyev (74 kq)

9. Milad Beigi Herçəqani (80 kq)

10. Ramin Əzizov (87 kq)

11. Payam Qobadi Oğaz (87 kq)

12. Radik İsayev (+87 kq)

13. Paniz Esmaeilpour (46 kq)

14. Gülhanım Yeşildağ (49 kq)

15. Patimat Abakarova (53 kq)

16. Yaprak Eriş (57 kq)

17. Daria Şkurko (62 kq)

18. Fəridə Əzizova (67 kq)