“Sumqayıt” – “Qəbələ” oyunu təxirə salındı

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasında daha bir oyun təxirə salınıb. XI turun sabah keçirilməli olan “Sumqayıt” – “Qəbələ” oyunu baş tutmayacaq.
Buna səbəb koronavirusa yoluxan bəzi futbolçuların yenidən testdən keçməsidir. Qeyri-müəyyən müddətə təxirə salınan oyunun tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası tərəfindən veriləcək.
