Yeganə namizəd prezidentin özü oldu

ESTAFET/ Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti postuna namizədliyin verilməsi müddəti başa çatıb. Qarşıdakı seçkilərdə yalnız bir namizəd olacaq.

Bu, qurumun hazırkı rəhbəri Tomas Baxdır. Almaniyalı prezident seçkilərində yeganə namizəd olacaq.

Yeni prezident səlahiyyətlərinin 4 illik müddəti iyulun 23-dən avqustun 8-dək keçiriləcək Tokio Yay Olimpiya Oyunlarından sonra başlayacaq. 

Qeyd edək ki, 66 yaşlı almaniyalı 2013-cü ildən qurumun başçısıdır.

Müəllif: Natiq NƏSİROV